Konfrans Liqası: “Kristal Palas” və “Şaxtyor”dan böyükhesablı qələbə - YENİLƏNİB

10 Aprel 2026 01:07
1 066
Konfrans Liqası: “Kristal Palas” və “Şaxtyor”dan böyükhesablı qələbə

Konfrans Liqasının dörddəbir finalının “Kristal Palas” (İngiltərə) və “Fiorentina” (İtaliya) arasında ilk oyunu başa çatıb. Oyun “Selhurst Park”da (London, İngiltərə) baş tutdu. Ev sahibi komanda 3:0 hesablı qələbəsini qeyd edib.

“Kristal Palas”ın hücumçusu Jan-Filip Mateta matçın ilk qolunu 24-cü dəqiqədə penaltidən vurub. Yarımmüdafiəçi Tayrek Mitçell 32-ci dəqiqədə ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb. 90+1-ci dəqiqədə isə İsmaila Sarr hesabı 3:0 edib.

Donetskin “Şaxtyor” klubu Niderlandın “AZ Alkmaar” klubunu eyni hesabla məğlub edib – 3:0.

“Şaxtyor”un yarımmüdafiəçisi Pedrinyo matçın ilk qolunu 72-ci dəqiqədə vurub. Alisson 81-ci dəqiqədə ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb, 83-cü dəqiqədə isə ikinci qolunu vuraraq hesabı 3:0 edib.

“Maynts” öz meydnçasında “Strasburq”u məğlub edib - 2:0.

“Maynts”ın yarımmüdafiəçisi Kayşu Sano matçın ilk qolunu 11-ci dəqiqədə vurub. 19-cu dəqiqədə müdafiəçi Stefan Poş ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb.

Cavab qarşılaşmaları 16 apreldə keçiriləcək

22:52

Konfrans Liqasının dörddəbir finalının ilk oyunu çərçivəsində “Rayo Valyekano” (İspaniya) və “AEK Afina” (Yunanıstan) arasında keçirilən oyun başa çatıb. Oyun Madriddəki “Estadio Valyekas” stadionunda baş tutub. Ev sahibi komanda 3:0 hesabı ilə qalib gəlib.

Ev sahibi komandanın yarımmüdafiəçisi İlyas Ahomas matçın ilk qolunu ikinci dəqiqədə vurub. Birinci hissənin sonlarında, 45+2-ci dəqiqədə yarımmüdafiəçi Unai Lopes “Rayo Valyekano” komandasının üstünlüyünü artırıb. İkinci hissədə, 74-cü dəqiqədə hücumçu İsi Palazon penaltidən hesabı 3:0 edib.

AEK və “Rayo Valyekano” arasında ikinci oyun 16 apreldə keçiriləcək.

09:32

Bu axşam UEFA Konfrans Liqasının 1/4 final mərhələsinə start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçiriləcək.

Günün ilk matçında İspaniya təmsilçisi “Rayo Valyekano” Yunanıstanın AEK (Afina) klubu ilə üz-üzə gələcək. Bu qarşılaşma 20:45-də, digər 3 görüş isə 23:00-da baş tutacaq.

UEFA Konfrans Liqası
1/4 final mərhələsi
9 aprel
20:45. “Rayo Valyekano” (İspaniya) - AEK (Yunanıstan)
23:00. “Kristal Palas” (İngiltərə) - “Fiorentina” (İtaliya)
23:00. “Maynts 05”(Almaniya) - “Strasburq” (Fransa)
23:00. “Şaxtyor Donetsk” (Ukrayna) - AZ (Alkmaar, Niderland)

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.

İdman.Biz