Hazırda Portuqaliyanın Portimao şəhərində keçirilən Avropa Batut, ikiqat mini-batut və tamblinq Çempionatında sinxron yeniyetmələr arasında batut yarışının yarımfinalları başa çatıb.
İdman.Biz-in Portuqaliyadan məlumatına görə, Azərbaycan cütlüyü Ammar Baxşəliyev və Fərhad Mustafayev finala yüksəliblər.
Yeniyetmə cütlüklərin finalı 12 apreldə keçiriləcək.
19:24
Azərbaycanın 21 yaşadək qarışıq qoşa komandası Ayan Şabanova və İbrahim Mustafazadə Portuqaliyanın Portimao şəhərində keçirilən batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının finalına vəsiqə qazanıblar.
İdman.Biz-in Portuqaliyadan verdiyi məlumata görə, cütlük 80.460 xal toplayıb.
Bundan əvvəl yeniyetmə cütlük Ammar Baxşəliyev və Fərhad Mustafayev də yarımfinala yüksəliblər.
19:10
Portuqaliyanın Portimao şəhərində Avropa Batut, ikiqat mini-batut və tamblinq çempionatının üçüncü günü başlayıb.
İdman.Biz-in Portuqaliyadan məlumatına görə, bu gün sinxron batut yarışı start götürüb.
Ammar Baxşəliyev və Fərhad Mustafayev yeniyetmə oğlanların yarışında yarımfinala yüksəliblər.
Ayan Şabanova və İbrahim Mustafazadədən ibarət Azərbaycan U-21 qarışıq qoşa komandası da 80.460 xal toplayaraq yarışıb. Qarışıq qoşa yarışları hələ də davam edir.
Böyük qoşa cütlüklərinin - Mehdi Əliyev və Əli Niftəliyev, Maqsud Mahsudov və Hüseyn Abbasovun da yarışacağı gözlənilir.

