Azərbaycan batutçuları Avropa çempionatında növbəti mərhələyə yüksəliblər - İDMAN.BİZ PORTUQALİYADAN

8 Aprel 2026 22:15
701
Azərbaycan batutçuları Avropa çempionatında növbəti mərhələyə yüksəliblər - İDMAN.BİZ PORTUQALİYADAN

Azərbaycanın batutçuları Portimaoda keçirilən batutda tullanma, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının seçmə mərhələsində mübarizə aparıblar.

İdman.Biz-in Portuqaliyadan verdiyi məlumata görə, Fərhad Mustafayev və Ammar Baxşəliyev gənclər arasında batut üzrə yarımfinala vəsiqə qazanıblar. Ölkənin yeniyetmələrdən ibarət milli komandası da final mərhələsinə vəsiqə qazanıb.

Bundan əlavə, bu gün böyüklər arasında ikili mini-batut üzrə seçmə mərhələ baş tutub.

İdman.Biz