UEFA Avropa Liqası: “Betis” Portuqaliyada “Braqa” ilə heç-heçə etdi - YENİLƏNİB

8 Aprel 2026 22:53
1 096
UEFA Avropa Liqası: “Betis” Portuqaliyada “Braqa” ilə heç-heçə etdi

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin oyunlarına start verilib.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə yalnız bir qarşılaşma keçirilib.

İspaniyanın “Betis” klubu səfərdə Portuqaliya təmsilçisi “Braqa” ilə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə bitib.

İspaniyalılardan qolu Florian Qrilliç (5), portuqaliyalılardan isə Kuço Ernandes (61) vurub.

09:32

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin oyunlarına start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə yalnız bir qarşılaşma keçiriləcək.

Belə ki, İspaniyanın “Betis” klubu səfərdə Portuqaliya təmsilçisi “Braqa” ilə üz-üzə gələcək. Görüş “Estadio Municipal de Braga” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Qeyd edək ki, bu mərhələnin digər matçları aprelin 9-na təsadüf edəcək.

İdman.Biz
Məqalədə: