24-25 aprel tarixlərində kişi idman gimnastikası üzrə 31-ci, qadın idman gimnastikası üzrə isə 10-cu ölkə birinciliyi keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq yarışda müxtəlif yaş kateqoriyaları üzrə çıxış edəcək idmançılar ayrı-ayrı proqramlarda öz bacarıqlarını nümayiş etdirəcəklər.
