Portuqaliyanın Portimao şəhərində keçirilən batut tullanması, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında ikinci yarış gününə start verilib.
İdman.Biz Portuqaliyadan xəbər verir ki, artıq Azərbaycanın batut tullanması üzrə U-21 yığması çıxışını başa vurub. Nicat Mirzəyev yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Bu gün, həmçinin böyüklərdən ibarət batutçular, eləcə də ikili mini-batut və tamblinq proqramında yeniyetmələr arenaya çıxacaqlar.
