Azərbaycan tamblinq gimnastları Portuqaliyanın Portimao şəhərində keçirilən batut, ikiqat mini-batut və tamblinq üzrə Avropa çempionatının birinci seçmə mərhələsində yarışıblar.
İdman.Biz-in Portuqaliyadan verdiyi məlumata görə, Mixail Malkin 54.800 xalla, Tofiq Əliyev isə 54.700 xalla Avropa çempionatının final hissəsinə vəsiqə qazanaraq müvafiq olaraq üçüncü və dördüncü yerləri tutublar.
Bu gün digər iki tamblinqçimiz Aleksey Karataşov və Adil Hacızadə də yarışıblar, lakin final məhələsinə vəsiqə qazana bilməyiblər.
Azərbaycan komandası isə komanda hesabında ikinci yeri (84.200 xal) tutub və final mərhələsinə yüksəlib. Danimarka 85.400 xalla komandalar arasında birinci, Böyük Britaniya isə üçüncü yerdədir (80.300).
