Atletika üzrə Bakı şəhər yay birinciliyi baş tutacaq

30 Aprel 2026 11:58
171
Atletika üzrə Bakı şəhər yay birinciliyi baş tutacaq

Mayın 1-2-də atletika üzrə Bakı şəhər yay birinciliyi keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Bildirilib ki, turnir qurumla Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.

Azərbaycan İdman Akademiyasının stadionunda və federasiyanın atma növləri üzrə bazasında keçiriləcək yarışda 2011-2012 təvəllüdlü idmançılar mübarizə aparacaqlar.

İdman.Biz