20 yaşlı atlet dünya rekordunu yenilədi - VİDEO

11 İyun 2026 18:17
91
20 yaşlı atlet dünya rekordunu yenilədi - VİDEO

ABŞ təmsilçisi Ja’Kobe Tharp 110 metr məsafəyə maneələrlə qaçışda dünya rekorduna imza atıb.

İdman.Biz “Reuters”ə istinadən xəbər verir ki, 20 yaşlı atlet ABŞ-də keçirilən NCAA açıq hava atletika çempionatında 12,75 saniyə nəticə göstərib.

Tharp bu göstərici ilə əvvəlki dünya rekordunu 0,05 saniyə yaxşılaşdırıb. 110 metr maneələrlə qaçışda əvvəlki ən yaxşı nəticə 2012-ci ildə Aries Merritt tərəfindən qeydə alınmışdı - 12,80 saniyə.

Yarış ABŞ-nin Oreqon ştatının Yucin şəhərindəki “Hayward Field” stadionunda təşkil olunub.

Qeyd edək ki, Tharp daha əvvəl 20 yaşadək atletlər arasında dünya çempionu olub.

İdman.Biz
Məqalədə: