Rüstəm Məmmədov və Yekaterina Sariyeva Avropa çempionatında Azərbaycanı təmsil edəcəklər

29 İyul 2026 20:50
713
Rüstəm Məmmədov və Yekaterina Sariyeva Avropa çempionatında Azərbaycanı təmsil edəcəklər

10–16 avqust tarixlərində Böyük Britaniyanın Birmingem şəhərində atletika üzrə Avropa çempionatı keçiriləcək.

İdman.Biz bildirir ki, yarışda Azərbaycan Atletika Federasiyasının milli komandasının üzvü Rüstəm Məmmədov ölkəmizi təmsil edəcək.

İdmançımız çempionatda üçtəkanla tullanma növü üzrə mübarizə aparacaq.

Azərbaycan Atletika Federasiyasının milli komandasının üzvü Yekaterina Sariyeva da Avropa Çempionatında ölkəmizi təmsil edəcək.

İdmançımız çempionatda üçtəkanla tullanma növü üzrə mübarizə aparacaq.

İdman.Biz