İtkin düşən braziliyalı olimpiada iştirakçısı 44 gündən sonra tapıldı

3 Avqust 2026 16:34
104
İtkin düşən braziliyalı olimpiada iştirakçısı 44 gündən sonra tapıldı

San-Paulu şəhərində yoxa çıxan braziliyalı yüngül atlet Daniel Ferreyra du Nasimentu 44 gündən sonra sağ-salamat tapılıb.

İdman.Biz “Globo” nəşrinə istinadən xəbər verir ki, idmançını küçədə axtarış elanından onu görən şəxs tapıb.

Nəticədə Daniel Ferreyra du Nasimentu polis idarəsinə gətirilib və anası ilə görüşüb. Polisin məlumatına görə, Ferreyranın vəziyyəti qənaətbəxş qiymətləndirilir. O, yoxa çıxmasını şəxsi problemləri ilə izah edib.

Məlumata görə, atlet iyunun 19-da özü ilə bel çantası götürərək evdən çıxıb və həmin vaxtdan onunla əlaqə kəsilib. Ailəsi əvvəlcə Danieli öz güclərinə tapmağa çalışsa da, sonradan polisə ərizə ilə müraciət edib.

Qeyd edək ki, Ferreyra Tokio Olimpiadasında Braziliyanı təmsil edib, lakin marafonun 25-ci kilometrində mübarizəni dayandırıb. Daha sonra o, Paris Oyunlarına lisenziya qazansa da, yarışdan əvvəl dopinq-testdən keçə bilməyib. Onun analizində üç növ anabolik steroid aşkar edildiyi üçün o, 2029-cu ilə qədər peşəkar idmandan kənarlaşdırılıb.

O, həmçinin 2022-ci ilin aprelində marafon məsafəsini 2 saat 4 dəqiqə 51 saniyəyə qətt edərək Cənubi Amerika rekordunu müəyyənləşdirib.

İdman.Biz