Mariana Vasileva Azərbaycan Atletika Federasiyasında vəzifəyə təyin olunub - FOTO

16 İyul 2026 14:09
122
Mariana Vasileva Azərbaycan Atletika Federasiyasında vəzifəyə təyin olunub

Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının (AAF) idman işləri üzrə direktoru təyin olunub.

İdman.Biz xəbər verir ki, bu barədə AAF məlumat yayıb.

Bildirilib ki, federasiyanın prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə keçirilən iclasda Mariana Vasilevanın idman işləri üzrə direktor vəzifəsinə təyin olunması barədə qərar qəbul edilib.

Cavid Qurbanov Mariana Vasilevaya yeni vəzifəsində uğurlar arzulayıb.

İdman.Biz