Milli Olimpiya Komitəsində “Run Culture Forum” - Qaçış Mədəniyyəti Forumu keçirilib.
İdman.Biz xəbər verir ki, tədbir “The Baku Pulse”, Azərbaycan Atletika Federasiyası və Zəfər Qaçış Klubunun dəstəyi ilə baş tutub.
Forum qaçış klublarını, yarış təşkilatçılarını, idmansevərləri və bu sahənin inkişafına töhfə verən şəxsləri bir araya gətirib. Tədbir iştirakçılar arasında fikir mübadiləsinin aparılması və gələcək əməkdaşlıqların qurulması üçün mühüm platformaya çevrilib.
Tədbirdə Azərbaycan Atletika Federasiyasının Beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov çıxış edib. Federasiyanı forumda Namiq Əsədov da təmsil edib. Zəfər Qaçış Klubundan isə tədbirə klubun direktoru Elşən Quliyev qatılıb.
Forum çərçivəsində Azərbaycanda qaçış mədəniyyətinin inkişafı, yeni təşəbbüslərin həyata keçirilməsi və gələcək layihələrlə bağlı müzakirələr aparılıb.
