Azərbaycan atletləri üçün antidopinq seminarı keçirilib - FOTO

15 İyul 2026 18:10
110
Azərbaycan atletləri üçün antidopinq seminarı keçirilib - FOTO

Azərbaycan Atletika Federasiyasının inzibati binasında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.

İdman.Biz xəbər verir ki, seminarda Azərbaycan milli komandasının üzvləri iştirak ediblər.

Tədbir zamanı idmançılara antidopinq qaydaları, idmanda etik davranış prinsipləri, eləcə də sağlam və ədalətli idman mühitinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, bu cür maarifləndirici tədbirlər idmançıların antidopinq sahəsində bilik və məlumatlılığının artırılmasına, həmçinin onların məsuliyyətli və ədalətli idman fəaliyyətinin təşviqinə xidmət edir.

İdman.Biz