Azərbaycan atletləri İlahə Quliyeva və Cabir Əliyev Qazaxıstanın Çimkənd şəhərində keçirilən atletika üzrə 35-ci Qusman Qosanov Memorialında medal qazanıblar.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.
Bildirilib ki, 400 metr məsafəyə qaçışda yarışan İ.Quliyeva 55.18 saniyə nəticə ilə ikinci yeri tutub.
Uzunluğa tullanma üzrə mübarizə aparan C.Əliyevin göstəricisi 7.38 metr olub. O, bu nəticə ilə 14 iştirakçı arasında üçüncü olub və bürünc medal qazanıb.
Qeyd edək ki, Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışında 12 ölkəni təmsil edən 200-dən artıq idmançı iştirak edir.



