Azərbaycan atletikasının təmsilçiləri ABŞ-nin Yucin şəhərində keçirilən U-20 Dünya Çempionatı zamanı beynəlxalq qurumun rəhbərliyi ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
İdman.Biz xəbər verir ki, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva, baş katib Məhərrəm Sultanzadə, idman işləri üzrə direktor Mariana Vasileva və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin direktoru Maqsud Fərzullayev Dünya Atletikasının prezidenti Sebastian Kou ilə görüşüblər.
Federasiya nümayəndələri, həmçinin Dünya Atletikasının yarışların idarə olunması şöbəsinin müdiri Pirs O’Kallaqan, yarışlar və tədbirlər şöbəsinin direktoru Marton Gyulai və qurumun digər təmsilçiləri ilə də görüş keçiriblər.
Görüşlər zamanı beynəlxalq yarışların təşkili, tərəflər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və Azərbaycan atletikasının gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
