Yekaterina Sariyeva Birmingemdə Azərbaycan rekordunu yenilədi

11 Avqust 2026 09:19
127
Yekaterina Sariyeva Birmingemdə Azərbaycan rekordunu yenilədi

Azərbaycan atletika millisinin üzvü Yekaterina Sariyeva Böyük Britaniyanın Birmingem şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxışı ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, üçtəkanla tullanma yarışında mübarizə aparan atlet 13,91 metr nəticə göstərib.

Bu göstərici qadınlar arasında üçtəkanla tullanma üzrə yeni Azərbaycan rekordu olub.

Xatırladaq ki, Bundan əvvəl qadınlar arasında üçtəkanla tullanma üzrə Azərbaycan rekordu 13,89 metr idi. Həmin nəticəni də Yekaterina Sariyeva 2 iyul 2023-cü ildə Qazaxıstanın Almatı şəhərində keçirilən Qusman Kosanov Memorialında göstərmişdi.

İdman.Biz