Qətərdə 90 kilometrlik ultramarafon keçiriləcək

26 Noyabr 2026 17:30
39
Qətərdə 90 kilometrlik ultramarafon keçiriləcək

Sabah, noyabrın 27-də Qətərdə sayca doqquzuncu “Qatar East to West Ultra” ultramarafonu keçiriləcək.

İdman.Biz xəbər verir ki, iştirakçılar Dohadakı “Sheraton” parkından ölkənin qərb sahilində yerləşən Dukhan çimərliyinə qədər 90 kilometrlik məsafə qət etməli olacaqlar.

Yarışda fərdi və ya iki-altı nəfərdən ibarət estafet komandalarının tərkibində iştirak etmək mümkündür. Təşkilatçılar marşrutu altı mərhələyə bölüblər. İştirakçılar üçün su təminatı və tibbi yardım məntəqələri də yaradılıb.

Yarışda 2000-dən çox idmançının iştirakı gözlənilir. Qeydiyyatdan keçənlər arasında 87 ölkənin nümayəndələri var. Ümumilikdə 321 estafet komandası formalaşdırılıb, 155 nəfər isə fərdi mübarizəyə qoşulacaq.

İdman.Biz