İyulun 4-də Sloveniyanın Novo Mesto şəhərində atletika üzrə U-18 Balkan çempionatı keçiriləcək.
İdman.Biz xəbər verir ki, yarışda Azərbaycan millisi 10 idmançı ilə təmsil olunacaq.
Qadınların yarışında Safiya Kərimova 100 metr, Mədinə Hüseynzadə 400 metr, Gülçin Nağıyeva 800 metr məsafəyə qaçışda, Zeynəb Əmrahova isə lövhəatma növündə mübarizə aparacaq.
Kişilər arasında Ramil İsmayılov üç təkanla tullanma, Şamxal Həsənzadə uzunluğa tullanma, Mehdi Abaszadə 400 metr, Bülbül Babayev hündürlüyə tullanma, Daniil Şuvayev 100 metr, Loğman İsrafilli isə 800 metr məsafəyə qaçış yarışında qüvvəsini sınayacaq.
Yığma komandanın məşqçiləri Orxan Aslanov, Michal Pogany və Anar Yusifov olacaq.
