Məktəblilərin ilk olimpiadasında atletika qalibləri bilindi - FOTO

21 İyun 2026 20:11
93
Məktəblilərin ilk olimpiadasında atletika qalibləri bilindi - FOTO

Ölkədə ilk dəfə təşkil olunan Məktəblilərin Respublika İdman Olimpiadası davam edir.

İdman.Biz xəbər verir ki, yarış Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Olimpiadaya Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyaları dəstək verir.

Bu gün Azərbaycan İdman Akademiyasının stadionunda atletika üzrə qaliblər müəyyənləşib. Yarışda paytaxt və müxtəlif regionları təmsil edən 76 məktəbli mübarizə aparıb.

Məktəblilərin Respublika İdman Olimpiadasının keçirilməsində məqsəd şagirdlər arasında idmana marağı artırmaq, istedadlı məktəbliləri üzə çıxarmaq və onların yarış təcrübəsini genişləndirməkdir.

İdman.Biz