Paraatletimiz Samir Nəbiyev Tunis Beynəlxalq Qran-Prisində bürünc medal qazanıb.
İdman.Biz bildirir ki, nüvə itələmə yarışında F57 kateqoriyasında mübarizə aparan paralimpiyaçımız 13.87 metr nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, bundan əvvəl komandamızın digər üzvləri Ömər Bozbaxov (F57), Oloxan Musayev (F55) və Rüfət Rəfiyev (F36) öz kateqoriyalarında gümüş medal qazanıblar.
23:32
Paraatletimiz Ömər Bozbaxov Tunis Qran-Prisində gümüş medal qazanıb.
İdman.Biz bildirir ki, nüvə itələmə yarışında F57 kateqoriyasında çıxış edən paralimpiyaçımız 14.07 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl komandamızın digər üzvləri Oloxan Musayev F55 kateqoriyasında, Rüfət Rəfiyev isə F36 kateqoriyasında gümüş medal qazanıblar.
