Paraatletimiz Rüfət Rəfiyev Tunis Qran-Prisinin gümüş medalını qazanıb - YENİLƏNİB

16 İyun 2026 22:30
101
Paraatletimiz Rüfət Rəfiyev Tunis Qran-Prisinin gümüş medalını qazanıb

Tunisin paytaxtı Tunis şəhərində Paraatletika üzrə Beynəlxalq Qran-Pri start götürüb.

Nüvə itələmə üzrə paraatletimiz Rüfət Rəfiyev F36 kateqoriyasında 13.78 metr nəticə ilə 2-ci olub.

22:10

İyunun 16-dan 19-dək Tunisin paytaxtı Tunis şəhərində Paraatletika üzrə Qran-Pri keçirilir.

İdman.Biz bildirir ki, yarışda ölkəmizi nüvə itələmə növü üzrə Oloxan Musayev (F55), Elvin Astanov (F53), Samir Nəbiyev (F57), Ömər Bozbaxov (F57) və Rüfət Rəfiyev (F36) təmsil edəcəklər.

Samir Nəbiyev və Ömər Bozbaxov nüvə itələmə ilə yanaşı, disk atma yarışlarında da mübarizə aparacaqlar.

Milli komandamıza baş məşqçi Oleq Panyutin rəhbərlik edəcək.

İdman.Biz