Qubada ikinci Gilas Yarımarafonu keçirilib - FOTO

16 İyun 2026 11:58
83
Qubada ikinci Gilas Yarımarafonu keçirilib

Gənclər və İdman Nazirliyi, Atletika Federasiyası və Zəfər Qaçış Klubunun təşkilatçılığı ilə Quba rayonunun Səbətlər kəndində ikinci Gilas Yarımarafonu uğurla keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 21 km və 10.5 km məsafələrində təşkil olunan yarış iştirakçılara həm maraqlı mübarizə, həm də Qubanın füsunkar təbiəti ilə yadda qalan anlar yaşadıb.

İdman.Biz