2029-cu ildə qapalı məkanda atletika üzrə Avropa çempionatına Polşanın Torun şəhəri ev sahibliyi edəcək.
İdman.Biz xəbər verir ki, bu barədə qərar oktyabrın 22-də İsveçrənin Lozanna şəhərində keçirilən Avropa Atletikasının 181-ci Şura iclasında qəbul olunub.
Çempionat Torundakı "Kujawsko-Pomorska Arena Toruń" idman arenasında təşkil ediləcək.
Qeyd edək ki, Torun şəhəri daha əvvəl 2021-ci ildə qapalı məkanda atletika üzrə Avropa çempionatına, 2026-cı ildə isə dünya çempionatına ev sahibliyi edib. 2027-ci il qapalı məkanda atletika üzrə Avropa çempionatı isə martın 4-dən 7-dək İspaniyanın Valensiya şəhərində keçiriləcək.
