Bakıda kros qaçışı üzrə Payız ölkə çempionatı keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarış oktyabrın 18-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Dövlət Cıdır Meydanında baş tutacaq.
Çempionat saat 10:00-da start götürəcək.
