Atletlərimiz Göygöldə təlim-məşq toplanışına başlayıblar

13 Oktyabr 2026 13:17
82
Atletlərimiz Göygöldə təlim-məşq toplanışına başlayıblar

Atletika üzrə Azərbaycan milli komandası Göygöldə təlim-məşq toplanışına başlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Bildirilib ki, idmançılarımız qış mövsümündə keçiriləcək beynəlxalq yarışlara hazırlıq məqsədilə Göygöl şəhərində məşqlər keçirlər.

Toplanış müddətində atletlər fiziki və texniki göstəricilərini təkmilləşdirmək üçün intensiv məşqlərlə hazırlıqlarını davam etdirəcəklər.

İdman.Biz
Məqalədə: