Azərbaycanın atletika üzrə milli komandasının üzvü Anna Yusupova Serbiyanın paytaxtı Belqradda keçirilən Balkan Yarı Marafonunda uğurlu nəticə göstərib.
İdman.Biz xəbər verir ki, oktyabrın 18-də təşkil olunan yarışda təmsilçimiz dördüncü yeri tutub.
Yusupova 21,0975 km məsafəni 1 saat 19 dəqiqə 51 saniyəyə qət edərək medalçılar sırasına düşməyə bir addım qalıb.
