Naxçıvan şəhərində məktəbli oğlanlar və qızlar arasında atletikanın qaçış növü üzrə muxtar respublika birinciliyi keçirilib.
İdman.Biz xəbər verir ki, Muxtar Respublika Stadionunda təşkil olunan yarış 100, 200, 400, 800 və 1500 metr məsafələri əhatə edib.
Ümumilikdə 60 məktəbli mükafatlar uğrunda mübarizə aparıb.
İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub. Mükafatları gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov təqdim edib.
Qızlar arasında Dilək Məmiyeva (100 m), Aysel Hüseynova (200 m), Rüqəyyə Məmmədli (400 m), Gültac Quliyeva (400 m) və Rübabə Həsənova (1500 m) birinci yeri tutublar.
Oğlanların mübarizəsində isə Caner Heydərli (100 m), Murad Muradov (200 m), Diyar Eyvazov (400 m), Ayxan Sadiqli (800 m) və Özgür Cabbarlı (1500 m) qalib olublar.
