Azərbaycan Atletika Federasiyasının rəhbərliyi Avropa Atletika Konvensiyasında iştirak edir

24 Oktyabr 2026 21:39
121
Azərbaycan Atletika Federasiyasının rəhbərliyi Avropa Atletika Konvensiyasında iştirak edir

İsveçrənin Lozanna şəhərində 2026-cı il Avropa Atletika Konvensiyası keçirilir.

İdman.Biz xəbər verir ki, Avropa Atletika Federasiyasının prezidenti Dobromir Karamarinovun iştirakı ilə təşkil olunan tədbir Avropa ölkələrinin atletika federasiyalarının nümayəndələrini bir araya gətirib.

Konvensiya çərçivəsində təcrübə mübadiləsi, federasiyalar arasında əməkdaşlığın gücləndirilməsi və atletikanın inkişafı istiqamətində müzakirələr aparılır.

Tədbirdə Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, idman işləri üzrə direktor Mariana Vasileva və baş katib Məhərrəm Sultanzadə iştirak edirlər.

İdman.Biz