Atletika üzrə Bakı çempionatına yekun vurulub - YENİLƏNİB

9 May 2026 23:56
1 237
Atletika üzrə Bakı çempionatına yekun vurulub

Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Atletika Federasiyası tərəfindən keçirilən Bakı atletika çempionatına yekun vurulub.

Yarışın ikinci günü 200m, 800m,5000m,4x100m estafet (Mix) məsafəyə kişilər və qadınlar arasında qaçış və Hündürlüyə tullanma, Uzunluğa tullanma, Lövhə və Çəkic atma növü üzrə yarış baş tutub.

Qalib gələn idmançılar medal və diplomla təltif olunublar.

10:18

Bu gün Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Atletika Federasiyası tərəfindən idmançılar arasında Bakı çempionatına yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarış saat 16:00-da start götürəcək.

İdman.Biz