Atletika üzrə Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunan beynəlxalq yarış 23-24 may 2026-cı il tarixlərində keçiriləcək.
İdman.Biz xəbər verir ki, turnir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutacaq. Yarış Azərbaycan İdman Akademiyasının stadionunda təşkil olunacaq.
Qadın və kişilərdən ibarət beynəlxalq turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Qırğızıstan, Tacikistan və Gürcüstandan atletlərin iştirakı nəzərdə tutulub.
Yarış proqramına qaçış, tullanma və atma növləri daxildir. İki gün davam edəcək turnirdə idmançılar müxtəlif məsafələr və texniki növlər üzrə qüvvələrini sınayacaqlar.
