Atletika üzrə ölkə birinciliyi start götürür

29 May 2026 09:49
423
Atletika üzrə ölkə birinciliyi start götürür

Atletika üzrə 2011-2012-ci il təvəllüdlü idmançılar arasında ölkə birinciliyi keçiriləcək.

İdman.Biz xəbər verir ki, yarış 29-30 may tarixlərində baş tutacaq.

Ölkə birinciliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı Azərbaycan İdman Akademiyasının stadionunda və Atletika Federasiyasının atma növləri üzrə bazasında keçiriləcək.

Yarışda gənc atletlər müxtəlif növlərdə qüvvələrini sınayacaq və ölkə birinciliyinin mükafatları uğrunda mübarizə aparacaqlar.

İdman.Biz