Qusar rayonunda atletika üzrə “Zirvəyə doğru qaçış” adlı kütləvi yarış təşkil olunub.
İdman.Biz xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Qusar rayon İcra Hakimiyyəti və Azərbaycan Atletika Federasiyasının birgə təşəbbüsü ilə baş tutub.
Kütləvi qaçışda 800-dən artıq həvəskar atlet iştirak edib. Yarış iştirakçıları 11 km məsafədə mübarizə aparıblar.

Qadınlar arasında 22+ yaş kateqoriyasında Nəzrin Qəribova 146 iştirakçı arasında birinci yerə layiq görülüb.
15-22 yaş kateqoriyasında isə 131 iştirakçı arasında Nəbiyulla Qələbəgiyev ikinci, Abel İsmixanov üçüncü yeri tutub.

