Azərbaycan U-21 millisində qəfil dəyişiklik

31 May 2026 09:50
61
Azərbaycan U-21 millisində qəfil dəyişiklik

21 yaşadək futbolçulardan ibarət Azərbaycan futbol millisinin heyətində dəyişiklik baş verib.

İdman.Biz xəbər verir ki, “Sabah” futbol klubunun qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən U-21-in düşərgəsindən ayrılıb.

Onun əvəzinə “Neftçi” futbol klubunun qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib.

Qeyd edək ki, U-21 millisi mayın 28-dən Bakıda hazırlığa start verib. Komanda bu gündən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Türkiyədəki hazırlıq çərçivəsində millimiz 6 iyunda Bəhreyn, 9 iyunda isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.

İdman.Biz