“Karvan-Yevlax”da ayrılıqlar davam edir

30 May 2026 17:58
60
“Karvan-Yevlax”da ayrılıqlar davam edir

“Karvan-Yevlax”da “yarpaq tökümü” davam edir.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Yevlax təmsilçisi üç üzvü ilə yollarını ayırıb.

Belə ki, Vüsal Məsimov, Tompson Qavi və Kayl Spensin klubla başa çatan müqaviləsinin müddəti artırılmayıb.

Qeyd edək ki, ötən gün “Karvan-Yevlax” baş məşqçi Füzuli Məmmədovla yollarını ayırdığını açıqlayıb.

İdman.Biz