Minifutbol millimiz AVRO-2026-da 1/8 final mərhələsinə çıxır - FOTO

31 May 2026 11:54
723
Minifutbol millimiz AVRO-2026-da 1/8 final mərhələsinə çıxır - FOTO

Azərbaycan minifutbol millisi AVRO-2026-nın 1/8 final mərhələsində Qazaxıstan yığması ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, oyun 1 iyunda, saat 23:59-da keçiriləcək.

Elşad Quliyevin komandası Slovakiyada keçirilən Avropa çempionatında F qrupunu maksimum nəticə ilə başa vurub. Millimiz üç oyunun hamısında qalib gələrək doqquz xalla qrup lideri olub. Qazaxıstan isə E qrupunu dörd xalla ikinci pillədə tamamlayıb.

Qrup mərhələsinin son turunda Azərbaycan Fransa yığmasına 3:2 hesabı ilə qalib gəlib.

Minifutbol üzrə Avropa çempionatı 1/8 final

31 may (bazar)

19:30. Bosniya və Herseqovina - Macarıstan

21:00. Bolqarıstan - Fransa

22:30. Polşa - Gürcüstan

23:59. Ukrayna - Portuqaliya.

Xatırladaq ki, 1/8 finalın digər oyunları - Rumıniya - Avstriya, Yunanıstan - Serbiya və Çexiya - Monteneqro qarşılaşmaları iyunun 1-də keçiriləcək.

İdman.Biz