Qadın futbol millimiz hazırlığa başlayıb - FOTO

31 May 2026 13:01
66
Qadın futbol millimiz hazırlığa başlayıb - FOTO

Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi üçün təlim-məşq toplanışına başlayıb.

İdman.Biz xəbər verir ki, yığma iyunun 5-dək Bakıda hazırlıq keçəcək. Komanda iyunun 6-dan 10-dək isə Şimali Makedoniyada toplanışı davam etdirəcək.

Millimiz hazırlıq çərçivəsində iki rəsmi oyuna çıxacaq. Azərbaycan yığması 5 iyunda saat 18:00-da Sumqayıtda, Mehdi Hüseynzadə adına şəhər stadionunda Macarıstan millisi ilə qarşılaşacaq.

Komanda 9 iyunda isə Bakı vaxtı ilə saat 21:00-da Bitola şəhərində yerləşən “Petar Miloşevski” stadionunda Şimali Makedoniya seçməsi ilə üz-üzə gələcək.

Qeyd edək ki, AFFA seçmə mərhələ oyunları üçün millinin heyətini də açıqlayıb. Siyahıda “Neftçi”, “Yüksekovaspor”, “Beşiktaş”, “Fənərbağça”, “Hamburq”, “Partizan”, “Rubin” və digər klublarda çıxış edən futbolçular yer alıblar.

İdman.Biz