“Barselona” qadın futbol klubunun futbolçusu və kapitanı Aleksiya Putelyas bu yay Kataloniya klubundan ayrılacaq.
İdman.Biz bildirir ki, bu barədə “blauqrana”nın rəsmi saytında məlumat verilib.
Aleksiya Putelyas 2012-ci ildən “Barselona”da oynayır və orada 10 İspaniya çempionluğu, dörd Çempionlar Liqası, 10 Kraliça Kuboku, dörd İspaniya Superkuboku və iki “Qızıl Top” mükafatını qazanıb.
O, həmçinin 2013-cü ildən İspaniya milli komandasının üzvüdür. Putelyas komanda ilə 2023-cü il FİFA dünya çempionatını, iki UEFA Millətlər Liqası titulunu və 2025-ci il Avropa çempionatının gümüş medallarını qazanıb.
