Türkiyənin qadın futbolunda qalmaqal: Beş qırmızı vərəqə - FOTO

24 May 2026 20:24
127
Türkiyənin qadın futbolunda qalmaqal: Beş qırmızı vərəqə - FOTO

Futbol üzrə qadınlar arasında Türkiyə üçüncü Liqasında qalmaqallı hadisə baş verib.

İdman.Biz xəbər verir ki, Boluda “Gənclikspor” və “Karaçayırspor” komandaları arasında keçirilən oyunda futbolçular arasında mübahisə davaya çevrilib.

Hadisə Karaçayır məhəlləsində yerləşən meydançada oynanılan qarşılaşma zamanı baş verib. Futbolçular arasında yaranan gərginlik qısa müddətdə böyüyüb. Texniki heyət üzvləri meydana daxil olaraq tərəfləri sakitləşdirməyə çalışıblar.

Gərginlik futbolçular meydanı tərk edərkən də davam edib. Oyunun baş hakimi hadisələrdən sonra “Karaçayırspor”un üç, “Gənclikspor”un isə iki futbolçusuna qırmızı vərəqə göstərib.

Beləliklə, qarşılaşmada ümumilikdə beş futbolçu meydandan qovulub.

İdman.Biz