Azərbaycan millisinin futbolçusu Aysun Muradova özünə yeni klub tapıb.
İdman.Biz xəbər verir ki, 22 yaşlı futbolçu Türkiyənin “Sakarya” komandası ilə anlaşıb. Klub azərbaycanlı oyunçunun transferini rəsmi sosial şəbəkə hesabında açıqlayıb.
“Sakarya” rəhbərliyi Muradovanın transferi ilə müdafiə xəttini gücləndirdiyini bildirib. Komanda Türkiyə Qadınlar Futbol birinci Liqasında mübarizə aparır.
Aysun Muradova daha əvvəl də Türkiyədə legioner həyatı yaşayıb. O, “Kayseri Kadın FK”, “Kireçburnu” və digər klubların formasını geyinib.
