Qadınlar arasında Afrika Millətlər Kubokunun yarımfinal mərhələsi möhtəşəm epizodlarla yadda qalıb.
İdman.Biz xəbər verir ki, Malavi millisinin kapitanı Tabita Çavinqa Əlcəzairlə yarımfinal qarşılaşmasında baxımlı qola imza atıb. Hücumçu qayçı zərbəsi ilə hesabı açaraq komandasının 3:1 hesablı qələbəsinin əsas qəhrəmanlarından biri olub. Malavi bu nəticə ilə tarixində ilk dəfə Afrika Millətlər Kubokunun finalına yüksəlib.
Digər yarımfinalda isə əsas qəhrəman Kamerun millisinin qapıçısı Mişaeli Bihina olub. Mərakeşlə qarşılaşmanın 118-ci dəqiqəsində təyin olunan penaltini dəf edən qolkiper komandasını məğlubiyyətdən xilas edib.
Əsas və əlavə vaxtda hesab açılmadığından finalçı penaltilər seriyasında müəyyənləşib. Bihina burada da həlledici rol oynayaraq rəqibin zərbələrini dəf edib və Kamerunun finala yüksəlməsində böyük pay sahibi olub. Kamerun penaltilər seriyasında 3:1 hesabı ilə qalib gəlib.
Beləliklə, avqustun 16-da keçiriləcək finalda Malavi və Kamerun milliləri üz-üzə gələcəklər.
