Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı

20 May 2026 13:54
108
Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı

Qadın futbolu üzrə Yüksək Qızlar Liqasının 2026/2027-ci illər mövsümündə iştirak etmək istəyən yeni klublar üçün müraciət qəbulu başlayıb.

İdman.Biz-ə AFFA mətbuat xidmətindən verilən məlumata görə, federasiyanın bayrağı altında keçiriləcək yarışa qoşulmaq istəyən klubların müraciətləri 20-29 may tarixləri arasında qəbul olunacaq.

Komandalar rəsmi müraciətlərini AFFA-nın Qadın Futbolu Departamentinin elektron poçt ünvanına göndərməlidirlər. Müraciətlər [email protected] ünvanı vasitəsilə qəbul ediləcək.

Yüksək Qızlar Liqasında iştirak üçün müraciət edən yeni komandalar üçün 1-22 iyun tarixlərini əhatə edən xüsusi lisenziyalaşdırma dövrü də tətbiq olunacaq. Bu prosesi uğurla tamamlayan klublar 2026/2027-ci illər mövsümündə yarışda iştirak hüququ qazanacaqlar.

İdman.Biz