AFFA prezidenti “Neftçi”yə UEFA Çempionlar Liqasında uğurlar arzulayıb

14 May 2026 01:00
124
AFFA prezidenti “Neftçi”yə UEFA Çempionlar Liqasında uğurlar arzulayıb

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Yüksək Liqada ardıcıl üçüncü dəfə ölkə çempion olan “Neftçi”nin qadınlardan ibarət komandasını təbrik edib.

İdman.Biz xəbər verir ki, R.Nəcəf bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Neftçi”nin qadınlardan ibarət komandası futbol üzrə Yüksək Liqada ardıcıl üçüncü dəfə ölkə çempionu olub. Sona 2 tur qalmış “Sumqayıt” üzərində 6:0 hesablı qələbə qazanaraq çempionluğu rəsmiləşdirən "ağ-qaralar" növbəti dəfə qadınlar arasında UEFA Çempionlar Liqasında iştirak hüququ əldə ediblər.

Komandanın bütün kollektivini, məşqçilər heyətini və futbolçuları ürəkdən təbrik edir, UEFA Çempionlar Liqasında uğurlar və yeni qələbələr arzulayırıq!”.

Qeyd edək ki, “Neftçi”nin qadınlardan ibarət komandası Yüksək Liqada ardıcıl üçüncü dəfə ölkə çempionu olub.

İdman.Biz