78 yaşlı Dik Advokat Kürasao milli komandasının məşqçisi vəzifəsinə qayıdıb.
İdman.Biz bildirir ki, o, dünya çempionatı tarixində ən yaşlı məşqçi olacaq.
Niderlandlı mütəxəssis seçmə mərhələdə komandaya rəhbərlik etsə də, ailə səbəblərinə görə həlledici oyundan əvvəl komandadan ayrılıb. İndi, dünya çempionatının başlamasına bir ay qalmış Advokat geri dönüb.
DÇ-2026-da Kürasao Almaniya, Kot-d'İvuar və Ekvadorla qarşılaşacaq.
11:38
Kürasao futbol millisinin sabiq baş məşqçisi Dik Advokat DÇ-2026 öncəsi yığmaya qayıtmağa hazırlaşır.
İdman.Biz xəbər verir ki, bu barədə “Voetbal International” məlumat yayıb.
Bildirilir ki, ailə vəziyyətinin sabitləşməsi onun yenidən işə qayıtmasına imkan yaradıb.
Advokat Kurasao yığmasını tarixində ilk dəfə Dünya Çempionatının final mərhələsinə çıxaran məşqçi kimi diqqət çəkib. O, fevralda vəzifədən ayrıldıqdan sonra komandanı Fred Rutten çalışdırırdı. Ruttenin istefasından sonra niderlandlı mütəxəssisin qayıdışı üçün yol açılıb.
Kurasao yığması DÇ-2026-da Almaniya, Ekvador və Kot-d’İvuarla eyni qrupda mübarizə aparacaq.
Əgər Advokat mundialda komandanın başında meydana çıxsa, Dünya Çempionatları tarixinin ən yaşlı baş məşqçisi ola bilər. Hazırkı rekord Otto Rexagelə məxsusdur.
