Avropanın top-5 futbol çempionatında bu gün əsas diqqət İspaniya La Liqasına yönələcək.
İdman.Biz xəbər verir ki, 12 may tarixi üçün İngiltərə Premyerliqası, İtaliya Seriya A, Almaniya Bundesliqası və Fransa Liqa 1-də oyun nəzərdə tutulmayıb. İspaniya La Liqasında isə 36-cı turun üç qarşılaşması keçiriləcək.
Bundan əlavə, Səudiyyənin Pro Liqasında da birincilik uğrunda gərgin oyun gözlənilir. "Əl-Nəsr"lə "Əl-Hilal" qarşılaşacaq. Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" hazırda 32 oyundan sonra 82 xal toplayıb və turnir cədvəlində liderdir. Benzemanın formasını geyindiyi "Əl-Hilal" isə ondan bir oyun az keçirməklə 77 xala malikdir və ikinci sırada qərarlaşıb.
Bu gün keçiriləcək oyunların siyahısını və Bakı vaxtı ilə başlama saatlarını təqdim edirik:
İspaniya La Liqası
21:00 “Selta” - “Levante”
22:00 “Real Betis” - “Elçe”
23:30 “Osasuna” - “Atletiko Madrid”
Səudiyyə Pro Liqası
22:00 “Əl-Nəsr” - “Əl-Hilal”
