İspaniya çempionatının 35-ci turundan sonra İspaniyanın “Ovyedo” klubunun La Liqanı tərk etməsi rəsmiləşib.
İdman.Biz-in məlumatına görə, “Rayo Valyekano” və “Jirona” arasında 1:1 hesablı heç-heçədən sonra komandanın aşağı liqaya düşməsi qaçılmaz olub.
“Ovyedo” hazırda liqa turnir cədvəlində 29 xalla 20-ci yerdədir və artıq 39 xalla 17-ci yerdə olan “Jirona”ya çata bilmir.
Buna görə də komanda İspaniya futbolunun yüksək liqasında qalmaq şansını itirib.
Qeyd etmək lazımdır ki, cari mövsüm “Ovyedo”nun 2001-ci ildən bəri La Liqada ilk mövsümü idi.
