İspaniya çempionatının 35-ci turunda “Rayo Valyekano” və “Jirona” arasında oyun 1:1 hesablı heç-heçə ilə bitib.
İdman.Biz-in məlumatına görə, hər iki komanda rəqib qapısı yaxınlığında təhlükəli fürsətlər yaratmağa çalışsa da, ilk hissə qolsuz başa çatıb.
Ev sahibi komanda yalnız 86-cı dəqiqədə Aleksandr Juravskinin qolu sayəsində hesabı açıb. Lakin “Rayo Valyekano” üstünlüyünü qoruya bilmədi. “Jirona”nın uruqvaylı hücumçusu Kristian Stuani tezliklə hesabı bərabərləşdirib.
Bu matçdan sonra “Rayo Valyekano” 43 xal qazanaraq La Liqa turnir cədvəlində onuncu yerə yüksəlib. 39 xalla “Jirona “17-ci yerdədir.
