Mbappe azarkeşlərə görə “Real Madrid”in oyunlarını boykot edə bilər

12 May 2026 00:08
136
Mbappe azarkeşlərə görə “Real Madrid”in oyunlarını boykot edə bilər

“Real Madrid”in hücumçusu Kilian Mbappe bu mövsüm Madrid klubunun qalan ev oyunlarında oynamağı planlaşdırmır.

İdman.Biz bu barədə “The Athletic”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, oyunçu azarkeşlərin dəfələrlə mənfi reaksiyalarına, o cümlədən fitə basmalarına görə bu mövsüm "Real Madrid"in "Santyaqo Bernabeu" stadionunda keçirəcəyi qarşıdakı ev oyunlarından imtina etməyi üstün tutacaq.

Hücumçu La Liqanın 35-ci turunda “Spotify Camp Nou” stadionunda “Barselona”ya qarşı matçı (0:2) buraxıb. İlkin məlumatlara görə, fransız futbolçu 24 apreldən bəri zədə səbəbindən meydandan kənarda qalıb və “Barselona” ilə oyun ərəfəsində “Real Madrid”in məşqinin bitməsinə beş dəqiqə qalmış narahatlıq hiss edib. Lakin başqa bir versiyaya görə, Mbappe oyunda ehtiyat oyunçular skamyasında olacağını öyrəndikdən sonra məşqi tərk edib.
Klubda hazırda hücumçunun zədədən sağalması ilə bağlı dəqiq məlumat yoxdur.

Mövsümün son mərhələsində “Real Madrid” aşağıdakı oyunları keçirəcək:

“Ovyedo” – 14 may (ev);
“Sevilya” – 17 may (səfər);
“Atletik Bilbao” – 23 may (ev).

İdman.Biz