“Atletiko Madrid” və ABŞ milli futbol komandasının yarımmüdafiəçisi Conni Kardozo sağ topuğundan zədə aldıqdan sonra əməliyyat olunacaq.
İdman.Biz bildirir ki, bu barədə Madrid klubunun saytında məlumat verilib.
Kardozo ötən həftə klubun məşqi zamanı zədə alıb. 24 yaşlı yarımmüdafiəçiyə oynaq zədəsi ilə birlikdə bağın ciddi şəkildə burxulması diaqnozu qoyulub. Kardozo tezliklə əməliyyat olunacaq.
İspaniya mediasının məlumatına görə, Kardozonun sağalması üç aydan altı aya qədər çəkə bilər. Futbolçunun 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatını buraxması ehtimalı var. ABŞ milli komandası turnirin qrup mərhələsində Türkiyə, Paraqvay və Avstraliya ilə qarşılaşacaq.
