Bosniya millisi DÇ-2026 üçün yekun heyətini açıqlayıb

11 May 2026 21:41
133
Bosniya millisi DÇ-2026 üçün yekun heyətini açıqlayıb

Bosniya və Herseqovina millisi 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı üçün yekun siyahısını açıqlayıb.

İdman.Biz-in məlumatına görə, baş məşqçi Sergey Barbarez yekun siyahıya 26 futbolçu daxil edib.

Qapıçılar arasında Nikola Vasil, Martin Zlomisliç və Osman Hacikiç var.

Müdafiə xəttində Sead Kolasinats, Amar Dedić, Nihad Muyakiç, Nikola Katiç, Tarik Muharemoviç, Stepan Radeliç, Dennis Hacikaduniç və Nidal Çelik yer alacaq.

Yarımmüdafiədə isə Əmir Haciahmetoviç, İvan Şunyiç, İvan Başiç, Cenis Burniç, Ermin Mahmiç, Benjamin Tahiroviç, Armin Qiqoviç və Kerim-Sam Alaybeqoviç çağırılıb.

Hücumçu heyətində Amar Memiç, Esmir Bayraktareviç, Ermedin Demiroviç, Yovo Lukiç, Samed Bajdar, Haris Tabakoviç və veteran Edin Ceko yer alır.

Bosniya və Herseqovina 1:1 hesablı heç-heçədən sonra İtaliyanı penaltilərdə məğlub edərək pley-off mərhələsi vasitəsilə dünya çempionatına vəsiqə qazanıb.

Qrup mərhələsində Bosniya Kanada, Qətər və İsveçrə ilə qarşılaşacaq.

İdman.Biz